Fransada nəşr olunan satirik “Charlie Hebdo” dərgisi müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi təhqir edib.
Dərginin bu ay çıxan sayının üz qapağında, “Quran yandırmağı dayandırın, oxuyun, əyləncəlidir. Mən heç vaxt bu qədər gülməmişdim”. – yazılıb.
Dərginin bu cür təhqiramiz qapaq yazısı sosial şəbəkələrdə müsəlmanlar tərəfindən etirazla qarşılanıb.
Qeyd edək ki, son aylarda Avropanın bəzi ölkələrində müqəddəs Qurani-Kərim nüsxələri yandırılaraq təhqir edilmişdi.
Xatırladaq ki, “Charlie Hebdo” dərgisi daha əvvəlki nəşrlərində İslam peyğəmbəri Həzrəti Muhammədin ﷺ qondarma karikaturalarını nəşr edərək böyük qalmaqala səbəb olmuşdu.