ITFC Azərbaycanda islam maliyyəsinin tətbiqini genişləndirmək imkanlarını nəzərdən keçirir

0

Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) islam maliyyə alətlərinin Azərbaycanda tətbiqini daha da genişləndirmək üçün imkanları nəzərdən keçirilir.

Bunu Bakıda səfərdə olan ITFC-nin baş icraçı direktoru Hani Salem Sonbol jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Rabitəbank” ASC ilə münasibətlərdə müsbət başlanğıclar müşahidə edilir: “İnanırıq ki, islam maliyyə məhsulları “Rabitəbank” tərəfindən fəal şəkildə öyrəniləcək və tətbiq ediləcək. Düşünürəm ki, mövcud bankların transformasiyası və ya İslam bankçılığı üçün ixtisaslaşdırılmış bölmələrin yaradılması qaçılmazdır.

Çünki bu maliyyə mexanizmi kifayət qədər məqsədəuyğundur və regionun tələbatını ödəyir. Bu addımlar Azərbaycanın və qonşu regionların iqtisadi inkişafına müsbət təsir göstərə bilər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA İSLAM MALİYYƏ ALƏTLƏRİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən...

Bağla