Türkiyə Diyarbakır vilayətinin Kulp rayonunda PKK terror təşkilatının 4 üzvü zərərsizləşdirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.
Məlumata görə, 1 nəfəri qırmızı, 1 nəfəri narıncı, 1 nəfəri boz kateqoriyada axtarışda olan terrorçular olmaqla ümumilikdə 4 terrorçu məhv edilib.
Nazirin paylaşımına görə, qırmızı kateqoriyada axtarışda olan Aksin Muş kod adlı Hülya Demirer, narıncı kateqoriyada axtarışda oolan Rohat Pasur kod adlı Cihat Ay ilə boz kateqoriyada axtarışda olan Demhat kod adlı Çetin Temel jandarm qüvvələri tərəfindən məhv edilib.