TÜRKİYƏ AZƏRBAYCANA DƏSTƏYİNİ AÇIQLAYIB

0

Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.

Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon...

Bağla