Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”

0

“Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.

Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:

“Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN: Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın Qarabağ...

Bağla