Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında “Qarabağ Azərbaycandır” ifadəsini xüsusilə vurğulaması Ankaranın xarici siyasətinin əhəmiyyətli mövqeyidir.
“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu “HaberGlobal”ın “Neden?” proqramında çıxış edən Yedditəpə Universitetinin müəllimi Deniz Tansi bildirib.
O deyib ki, Ərdoğanın BMT kimi nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanın haqlı mübarizəsini, apardığı antiterror əməliyyatını dəstəkləməsi və Ermənistanın addımlarını şiddətlə qınaması Türkiyənin ədalətli mövqeyinin və qətiyyətinin daha bir nümunəsidir:
“Ərdoğanın mühüm bir beynəlxalq toplantıda dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyünü qorumasına, Ermənistanın haqsız davranışlarına yönəltməsi son dərəcə anlamlı və mühüm ismarışlar idi”.