Türkiyə MN: “Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir

0

“Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir”.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.

Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin milli müdafiə naziri Azərbaycanın müdafiə nazirini təbrik edib

Sentyabrın 21-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. Cənab...

Bağla