Şəhidlik zirvəsi ən ülvi məqamlardan biridir. Uca Allah müqəddəs kitabımız Qurani-Kərimdə şəhidlik zirvəsini tərifləyir. Eyni zamanda Allah Rəsulu (s.ə.v.) da şəhidlik zirvəsini mədh etmişdir. O (s.ə.v.), bir çox hədisində şəhidlik zirvəsinin fəzilətindən bəhs etmişdir. Həmin hədislərdən bəziləri aşağıdakılardır;
“…Əgər ümmətimə ağır olmasaydı, heç bir səriyyədən (səfərdən) çəkinməz və hamısında iştirak edərdim. Allah yolunda şəhid olum, sonra dirilib yenidən şəhid olum, yenidən dirilib şəhid olum istəyərdim. (Buxari, İman 26; Müslim, İmara 103, 107).
Peyğəmbərimiz (s.ə.v.) buyurur: “Allah yolunda sərhəddə bir gün gözləmək, sərhəd xaricində min il keşik çəkməkdən daha yaxşıdır.” (Darimi, Cihad 32).
Muazdan (r.a.) rəvayət edildiyinə görə, Həzrət Peyğəmbər (s.ə.v.) belə buyurur: “Əgər müsəlman Allah yolunda bir dəvə sağacaq qədər cihad edərsə, cənnət onun haqqı olar. Allah yolunda yaralanan və ya bir bəlaya düçar olan yaralandığı gün kimi qan içində Allahın hüzuruna gəlir. Qanın rəngi zəfəran kimi qırmızıdır və onun qoxusu müşk qoxusu kimidir. (Ebû Davud, Cihad 40; Tirmizi, Fezâilu’l-cihad 21. Həmçinin bax Nesai, Cihad 25).
Allahın Rəsulu (s.ə.v.) buyurur: “Cənnətə daxil olan heç kəs yerə qayıtmaq istəməz, hətta yerdəki hər şey onun olsa belə. “Yalnız şəhid, gördüyü yüksək hörmət və ehtirama görə dünyaya qayıdıb on dəfə şəhid olmaq istəyər”. (Buxari, Cihad 21; Müslim, İmare 109).
Abdullah ibn Amr ibn Asdan (r.a.) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.v.) buyurdu: “Allah şəhidin qul haqqından başqa bütün günahlarını bağışlayar”. (Müslim, İmarə 119).
Əbu Hureyrədən (r.a.) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v.) demişdir: “Şəhid ölümdən, birinizin qarışqa dişləməsindən hiss etdiyi qədər ağrı hiss edər.” (Tirmizi, Fezâilü’l-cihad 26. Həmçinin bax. Nesai, Cihad 35; İbni Mâce, Cihad 16).
Ənəsdən (r.a.) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.v.) buyurdu: “Şəhadəti qəlbən istəyən şəxs şəhid olmasa belə, savabına çatar”. (Müslim, İmarə 156)
Murad Ağayev