İsveçin Eskilstuna şəhərinin Arbi rayonunda məsciddə yanğın baş verib. İsveçin dövlət radiosu SR-yə açıqlama verən məscidin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ənəs Deneçe yanğının qəsdən törədildiyini ehtimal etdiklərini deyib.
Deneçe, məscidin yaxınlığında oturan bir ailə tərəfinfən 1 ildir hədələndiklərini deyib.
“Polis qeydlərində var ki, 1 ildir həmin ailə tərəfindən hədələnirik və zorakılığa məruz qalırıq. Biz inanırıq ki, bu yanğın qəsdən törədilib.” – deyə Deneçe qeyd edib.
Faktla bağlı açıqlama yayan yerli polis, məscidin istifadəyə yararsız hala düşdüyünü bildirib.