Fransada 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarında idmançıların hicab geyinmələri qadağan edildi.
Bu barədə Fransanın idman naziri Ameli Udea-Kastera qonaq olduğu “France-3” kanalında açıqlama verib.
Udea-Kastera 26 iyul – 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab taxa bilməyəcəklərini bildirib.
Fransalı nazir idmanda sərt “dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını bildirib.