TÜRKİYƏ XİN: “MƏQSƏDİMİZ SÜLH VƏ SABİTLİYƏ XİDMƏT ETMƏKDİR”

0

“Türk Dövlətləri Təşkilatının (TDT) qurulmasının təməli olan Naxçıvan Bəyannaməsinin imzalanmasının 14-cü ildönümü münasibətilə Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirik”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, 1992-ci ildən Türkdilli ölkələrin başlatdıqları yeni mərhələ, ortaya qoyduqları səy bu gün TDT-ni güclü bir təşkilata çevirib.

Bildirilib ki, TDT üzv dövlətlər arasında əməkdaşlığın sürətlə genişləndirilməsini və dərinləşdirilməsini, sülh və sabitliyə xidmət etməyi qarşısına məqsəd qoyub.

Vurğulanıb ki, Türkiyə Türk dövlətləri arasında əməkdaşlığı inkişaf etdirmək üçün işlərini davam etdirəcək.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türk Dövlətləri Təşkilatı Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk dünyasını Naxçıvan Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə təbrik edib. Baş katibin bəyanatını...

Bağla