Azərbaycan İspaniyada planlaşdırılan görüşdən, Türkiyə dəvət edilmədiyi üçün imtina edib

0

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.

Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.

Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XANKƏNDİDƏ BİR KÜÇƏYƏ “ƏNVƏR PAŞA” ADI VERİLDİ – VİDEO

Xankəndidə küçələrdən birinə “Ənvər Paşa” adı verilib. Azərbaycan Xankəndində qanunsuz erməni silahlı birləşmələrindən təmizlənən küçənin adını dəyişdirərək “Ənvər Paşa” adlandırıb....

Bağla