Türkiyənin Milli Müdafiə Nazirliyi 1-2-3 oktyabr tarixlərində İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində hava əməliyyatı keçirildiyini açıqlayıb.
Əməliyyatlar nəticəsində ümumilikdə 58 terrorçu hədəfi məhv edilib.
Qeyd edilib ki, vurulan hədəflər PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatlarına məxsusdur.
“Bu çərçivədə terrorçuların istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət 58 hədəf uğurla məhv edilib”, – deyə nazirlikdən bildirilib.