TÜRK DÜNYASI NOTARİAT BİRLİYİ YARADILIB

0

Türk Dünyası Notariat Birliyi yaradılıb.

“Report”un Ankara bürosunun verdiyi xəbərə görə, bununla bağlı bu gün Türkiyənin paytaxtı Ankarada üzv dövlətlər arasında razılaşma sənədi imzalanıb.

Bildirilib ki, bu müqavilə Türk dövlətləri arasında əlaqələri daha da inkişaf etdirəcək və bundan sonra Türk dövlətləri arasındakı notariat işləri daha sürətli şəkildə həyata keçiriləcək.

Tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov da iştirak ediblər.

Türk dünyası Ağsaqqalar Şurasının sədri Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanbiçek Ömüralıyev, TDT-yə üzv ölkələrin ədliyyə nazirləri, notarius üzrə məsul şəxslər, millət vəkilləri və çox sayda qonaqlar da tədbirə qatılıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İRAQIN ŞİMALINDA TERRORÇULARA MƏXSUS 58 HƏDƏFİ BOMBALAYIB

Türkiyənin Milli Müdafiə Nazirliyi 1-2-3 oktyabr tarixlərində İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində hava əməliyyatı keçirildiyini açıqlayıb....

Bağla