“Azərbaycan Ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlər yaranıb: “Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşmaya mümkün qədər tez nail olacağıq”.