KKTC Prezidenti: “Türkiyə və Azərbaycanla bağlarımızı qoparmaq mümkün olmayacaq”

0

“Bizim Türkiyə və Azərbaycan ilə bağlarımızı qoparmaq mümkün olmayacaq”.

Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar şərəfinə verilən rəsmi ziyafətdəki çıxışı zamanı deyib.

“Biz talenin birləşdirdiyi eyni millətin övladları olaraq Türkiyə ilə birlikdə Azərbaycanın yanındayıq. Başqalarının boyunduruğu altında yaşamağa məcbur edilsək də, bizim mübarizəmiz davam edir. Bu gün Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüyük. Bu isə türkdilli dövlətlərin bizə olan dəstəyinin bir nümunəsidir”, – E.Tatar bildirib.

O Azərbaycanla Şimali Kipr Türk Respublikası ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün ortaya qoyulan iradədən ötrü Prezident İlham Əliyevə təşəkkür edib.

“Son dövrlərdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən olduqca məmnunuq. Bizim həm dildə, həm də fikirdə birgə hərəkət etməyimiz gələcək üçün bir ümid olacaq. Ümid edirəm ki, bundan sonra bütün sahələrdə münasibətlərimiz artan xətlə davam edəcək”, – E.Tatar əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
25 İLDƏ ANTARKTİDADA BUZ RƏFLƏRİNİN 40%-DƏN ÇOXU ƏRİYİB

1997-ci ildən 2021-ci ilə qədər Antarktida ətrafındakı 162 (43%) buz rəfindən 71-i kiçilib və 7,5 trilyon ton ərimiş su okeanlara...

Bağla