25 İLDƏ ANTARKTİDADA BUZ RƏFLƏRİNİN 40%-DƏN ÇOXU ƏRİYİB

0

1997-ci ildən 2021-ci ilə qədər Antarktida ətrafındakı 162 (43%) buz rəfindən 71-i kiçilib və 7,5 trilyon ton ərimiş su okeanlara axıb.

“Lids” universitetinin britaniyalı alimləri bu qənaətə gəliblər.

Araşdırma “Science Advances” elmi jurnalında dərc olunub. Mütəxəssislər yüz mindən çox peyk şəklini təhlil edərək, Antarktidanın qərb tərəfindəki demək olar ki, bütün buzlaqların ölçüsünün kiçilməsini, bəzilərinin isə ilkin həcminin 30%-ni itirdiyini aşkar ediblər.

Araşdırmaya rəhbərlik edən Benjamin Davison deyib ki, buz şelfinin çökməsinin qarışıq mənzərəsi var və bu, okeanın temperaturu və Antarktida ətrafındakı axınlarla bağlıdır:

“Qitənin qərb hissəsi isti suya məruz qalır, Şərqi Antarktidanın çox hissəsi isə hazırda soyuq suyun sahil zolağı ilə əriməkdən qorunur”.

Alimlər deyiblər ki, texnogen qlobal istiləşmə, ehtimal ki, buz itkisində əsas amildir. Belə ki, əgər buzlar təbii dəyişikliklər nəticəsində ərisəydi bəzi yerlərdə buzlaqların bərpası əlamətləri görünərdi.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TARİXƏ İŞIQ TUTAN ŞƏHƏR: QÜDS

Qüds, Ölü dənizin qərbində, Yəhudiyə platosunun üstündə yerləşir. Dəniz səviyyəsindən 747 m. yüksəklikdə yerləşən bu şəhər, Ölü dənizdən 24 km.,...

Bağla