QMİ SƏDRİ QAZAXISTANIN “DOSTLUQ” ORDENİ İLƏ TƏLTİF EDİLDİ

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə olduğu Qazaxıstan Respublikasında bir sıra görüşlər keçirib.    

Oktyabrın 12-də Şeyxülislam A.Paşazadənin Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aida Balayeva ilə ikitərəfli görüşü keçirilib. Xanım Balayeva Şeyxülislamı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib və Qazaxıstan Respublikasının Prezidenti cənab Tokayevin şəxsi salamlarını ona çatdırıb. Şeyxülislam, öz növbəsində, xanım nazirə səmimi təbriklərinə görə minnətdarlığını bildirib və onun fəaliyyətinə verilən belə yüksək qiymətə görə Qazaxıstanın dövlət başçısına səmimi minnətdarlığını çatdırmağı xahiş edib.

Nazir A.Balayeva Şeyxülislama məlumat verib ki, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfərinin yekunlarına görə Azərbaycanda Qazaxıstanın mədəniyyət günlərinin keçirilməsi qərara alınıb. Bu tədbir çərçivəsində nazir A.Balayeva cari ilin dekabrında Azərbaycana səfər etməyi planlaşdırır. Öz növbəsində, Şeyxülislam A.Paşazadə xanım A.Balayevaya COVID-19 pandemiyası səbəbindən dayandırılmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının Bakıda keçirilməsini bərpa etmək barədə Azərbaycan Respublikası Prezidentinin qərarı və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2024-cü ilin mayında Azərbaycan paytaxtında keçiriləcəyi barədə məlumat verib.

Söhbət zamanı tərəflər, həmçinin, Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı katibliyinin iclasının yekunları və mədəni-mənəvi sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERSİN TATAR: “BAKIDA OLDUĞUM ÜÇÜN ÇOX QÜRURLUYAM”

Şimali Kipr Prezidenti: Bakıda olduğum üçün çox qürurluyam” "Bakıda olduğum üçün çox qürurluyam”. Bunu Şimali Kiprin Prezidenti Ersin Tatar Bakıda...

Bağla