“Bu yaxınlarda Şimali Kiprin Girne şəhərində Azərbaycan evi açılacaq”.
“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Şimali Kiprdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər keçiriləcək. Dahi liderin həyat yolu və mübarizəsindən bəhs edən toplantılar təşkil olunacaq”, – o bildirib.