ABŞ-DA 71 YAŞLI YƏHUDİ 6 YAŞLI MÜSƏLMAN UŞAĞI ÖLDÜRDÜ

0

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo əyalətində müsəlman bir ana və onun kiçik övladı, yaşlı kişinin bıçaqlı hücumuna məruz qalıb.

Bu barədə Uil (Will) County şəhəri üzrə polis idarəsi məlumat yayıb.

Məlumata görə 71 yaşlı yəhudi əslli Cozef M. Çuba adlı şəxs zərərçəkmişlərin evinə hücum edib.

Çuba ev sakini 32 yaşlı qadını və onun 6 yaşlı övladını bıçaqla ağır yaralayıb. 26 bıçaq zərbəsi alan azyaşlı uşaq hadisə yerində dünyasını dəyişib. Qadın isə yaralı vəziyyətdə polisə zəng vurub.

Dərhal hadisə yerinə gedən polis, qətldə şübhəli bilinən Cozef M. Çubanı evin qarşısında oturmuş vəziyyətdə taparaq saxlayıb.  

Hüquq-mühafizə orqanları hadisənin Fələstin-İsrail münaqişəsi zəminində törədildiyinin müəyyən edildiyini açıqlayıblar.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilib: "Sizi Beynəlxalq Türk Mədəniyyəti...

Bağla