TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ FÜZULİYƏ GEDİB

0

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Füzuli rayonuna gedib.

O, bu barədə “X” hesabında paylaşım edib.

“Qələbənin və Füzulinin erməni işğalından azad edilməsinin üçüncü ilində Füzuli yolundayıq. Biz Qarabağın yenidən qurulmasının, inkişafının, qardaşlarımızın öz vətənlərinə qayıtmasının şahidi olacağıq”, – diplomat bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-i Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də Ermənistan işğalından azad edilməsi ilə əlaqədar təsis edilib. Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ MİSİRƏ GEDİR

Oktyabrın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür. QMİ-dən bildirilib ki, səfər...

Bağla