NAXÇIVANDA TÜRKİYƏ-AZƏRBAYCAN BİRGƏ TƏLİMİNƏ HAZIRLIQ MƏŞQLƏRİ KEÇİRİLİR

0

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq məşqləri davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DOST VƏ QARDAŞ AZƏRBAYCANLA BİRGƏ İŞƏ BÖYÜK ƏHƏMİYYƏT VERİRİK”

“Dost və qardaş ölkə Azərbaycanla ailə, qadın və uşaq sahəsində birgə işə böyük əhəmiyyət veririk”. Bunu Türkiyənin ailə və sosial...

Bağla