İstanbulda Qərbi Azərbaycanın tarixi həqiqətləri ilə bağlı konfrans keçiriləcək

0

Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfrans keçiriləcək.

Milli Məclisin deputatları Əziz Ələkbərov və Hikmət Məmmədov konfransda iştirak etmək üçün oktyabrın 23-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Tədbir Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğu və Altınbaş Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfransda Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərov mövzuya dair məruzə ilə çıxış edəcək. Millət vəkili Azərbaycan həqiqətləri barədə tədbir iştirakçılarına məlumat verəcək.

Səfər oktyabrın 25-də başa çatacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər – VİDEO

Ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş...

Bağla