Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə mümkündür.
TASS xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
O, regional kommunikasiyaların açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyini vurğulayıb.