AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TAKTİKİ TƏLİMLƏRİNİN PLANI AÇIQLANIB

0

Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimində icra olunan fəaliyyətlər planı məlum olub.

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təliminin planı aşağıdakı kimidir:

  1. Təmas xəttində yerləşən mövqelərin düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan ve Türkiyə komando bölükləri birgə sızma fəaliyyətlərinin icra edilməsi;
  2. Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhəboyu və dərinliklərində hava və radiokəşfiyyat aparılaraq düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılacaq. Bu zaman düşmən sahəsinə girmədən radioşüalanma vasitələrini, radiotexniki, radiokəşfiyyat və radiolokasiya vasitələrinin kəşfiyyatının aparılması və dinlənməsi, onların növünün və yerinin təyini, tezlik və digər parametrlərinin aşkar edilməsi, həmçinin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi fəaliyyətləri icra olunacaq.

Həmçinin düşmən pilotsuz uçuş aparatları ilə mübarizə aparan bölmələrimiz xüsusi vasitə ilə düşmən pilotsuz uçuş aparatına radiomaneələr tətbiq edərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməyə imkan verilməməsi, düşmən bölgəsinə geri qaytarılması və ya aldadılması tapşırığını icra edilməsi;

  1. Düşmənin HHM vasitələri zərərsizləşdirildikdən sonra açılan hava koridorunda F-16 qırıcı təyyarələri və digər hücum helikopterləri onun cəmləşmə məntəqələrinə aviasiya zərbələri endirəcək.
  2. Tank əleyhinə idarəolunan raket kompleksləri və düzünə tuşlamaya çıxarılmış T-90 tankları tərəfindən düşmənin 1-ci eşalonunda yerləşən zirehli döyüş maşınları və mövqeləri məhv edilməsi;
  3. Bölmələrimizin mütəşəkkil irəliləməsini, düşmən üzərində atəş üstünlüyünün əldə olunması məqsədilə onun döyüş mövqelərinə, artilleriya və minaatan batareyalarına, KMM-lərinə, canlı qüvvə və atəş vasitələrinə artilleriya vasitələrindən kütləvi atəş zərbələri endiriləcək. Bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə olunmuş atəş üstünlüyünü qoruyub saxlanılacaq, düşmənin itirilmiş idarəetməsini bərpa etməsinə imkan verilməyəcəkdir. Təminat yollarında batareyaların zərbə basqınlarından sonra Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti;
  4. Mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar düşmən mövqelərinə basqın edərək, onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri icra olunması;
  5. Sonra 2-ci eşelon bölmələrinin hərəkəti başlayacaq. Düşmənin dayaq məntəqələri ələ keçirildikdən sonra irəliləyən bölmələrimizin effektiv və fasiləsiz atəş dəstəyini təmin etmək məqsədilə minaatan batareyalarının əsas mövqeyindən ehtiyat atəş mövqelərinə tağımlarla yerdəyişməsi prosesləri icra olunacaq. “Bayraktar TB-2” vasitəsilə düşmənin “İsgənder” və “Toçka-U” taktiki raket komplekslərinin məhv edilməsi;
  6. Bununla bərabər düşmən mövqeləri piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçiriləcək, onun tankəleyhinə silahlarını təsirsiz hala gətirməklə, tankların çevik və sürətli manevr qabiliyyəti ilə vurucu atəş gücündən, eləcə də tüstü pərdəsinin qoyulmasından faydalanaraq piyada döyüş maşınlarından (PDM) desantin endirilməsi fəaliyyəti icra olunması;
  7. Endirilmiş piyada manqaları düşmənin ön xətdə yerləşən canlı qüvvəsini ştat silahları ilə məhv edəcək. Minalardan və düşmənin birbaşa atışlarından qorunmaq məqsədilə piyadalar texnikaların arxası ilə hərəkət edərək mövcud vəziyyətə görə sıçramalı və himayəli şəkildə irəliləməsi;
  8. 10Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəlişəxsi ələ keçirmək üçün düşmən arxasına endirilməsi fəaliyyəti icra olunacaq. Qrupların hava yolu ilə düşmən arxasına endirilməsi və düşmənin vəzifəli şəxsinin pusqu yolu ilə ələ keçirilməsi və yaşayış məntəqəsinin təmizlənməsi fəaliyyəti icra edilməsi;
  9. Hədəf bölgəsi ələ keçirildikdən sonra bölmələrimizin hədəfdə tərtiblənməsi və sonrakı tapşırıqlarının atəş dəstəyini təmin etmək, atəş üstünlüyünü saxlamaq məqsədilə artilleriya batareyalarının əsas atəş mövqeyindən ehtiyat atəş mövqeyinə taqımlarla yerdəyişməsi;
  10. Həmçinin bütün təlim nöqtələrində sanitarların yaralı və şəhid olmuş hərbi qulluqçuları təxliyə etməsi fəaliyyətləri icra olunacaq. Eləcə də xüsusi təyinatlı qrupların minmə məntəqəsində toplanması və hava yolu ilə təxliyə olunması.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR – VİDEO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki,...

Bağla