PREZİDENT İLHAM ƏLİYEV QAZAXISTANLI HƏMKARINA BAŞSAĞLIĞI VERİB

0

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏRDƏNİN RAKET ATƏŞİNƏ TUTULMASINDAN ÜÇ İL KEÇİR

Bu gün Bərdə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən raketlə atəşə tutulmasından üç il keçir. 2020-ci il oktyabrın 27-də Ermənistan ordusu...

Bağla