Dünyada ilk dəfə bir türk Misirdə Cümhuriyyətin 100 illiyi münasibətilə piramidaların üzərindən paraşütlə sərbəst tullanaraq Türkiyə bayrağını qaldırıb.
“TRT Haber” xəbər verir ki, təcrübəli türk paraşütçü Femen Öğdün Şirin 4500 metr hündürlükdən paraşütlə sərbəst tullanma həyata keçirib və dünya möcüzələrindən sayılan Misir Piramidaları üzərində Türkiyə bayrağını dalğalandırıb.
Bu günə qədər 1000-dən çox uçuş həyata keçirən Öğdün, Cümhuriyyətin 100-cü ildönümündə Misirdəki məşhur piramidaların üzərindən uçan ilk türk olmanın sevincini və qürurunu yaşadığını ifadə edib.