ƏRDOĞAN TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA İMZALANAN MÜQAVİLƏNİ TƏSDİQLƏYİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib.

Dövlət başçısı bu barədə qərar imzalayıb.

Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.

Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur.

Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusu ilə birgə təlimlərdən görüntülər yayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusu ilə birgə təşkil edilən təlimlərdən görüntülər yayıb. Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib...

Bağla