Noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdədir.