“Dünya təhlükəli vəziyyətdədir və dini münaqişələrin hələ də mövcudluğu təəssüf doğurur”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” mövzusunda keçirilən konfransda deyib
Onun sözlərinə görə, Azərbaycan ərazicə böyük dövlət deyil: “Lakin Azərbaycan özünün tarixi və keçmiş ənənələri ilə böyük dövlətlərə nümunədir. Biz tarixi yol keçmişik. Tarixən ərazimizdə müxtəlif xalqların nümayəndələri bir yerdə yaşayırlar. Bu tədbirimiz də birgə güclü olmağımızın formasıdır. Gələcək nəsillər də bunu davam etdirəcək. Bir daha qeyd edirəm ki, biz birlikdə güclüyük”