Nazir müavini: “Ermənistanda islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”

0

“Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”.

Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı əsas məsələ bu ərazilərdə azərbaycanlıların yaşaması həqiqətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

“Bu gün Qərbi Azərbaycanda islam abidələri – məscidlər, mədrəsələr və karvansaraların heç birinin adı çəkilmir. Bu baxımdan, Azərbaycanın maddi-mədəni irsinin dağıdılmasından dolayı bizim onları mühakimə etmək haqqımız var. Ona görə də buradakı dağıdılan Azərbaycan maddi-mədəni irsimiz haqqında beynəlxalq səviyyədə təbliğat işləri həyata keçirməliyik”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PUTİN RUSİYADA 8 MİN MƏSCİDİN OLDUĞUNU DEYİB

Rusiyada 8 min məscid var. Bu barədə Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın yeni üzvləri ilə görüşündə bildirib. Rusiyada dini...

Bağla