Mübariz Qurbanlı: “Qərbi Azərbaycanla bağlı tədqiqatlarımızı dərinləşdirməliyik”

0

“Qərbi Azərbaycanla bağlı tədqiqatlarımızı dərinləşdirməliyik”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

O, Azərbaycan dövlətinin və xalqının ermənilərlə yalnız hərb cəbhəsində üz-üzə olmadığını bildirib: “Bütün sahələrdə xalq olaraq mübarizəmiz davam edir. Hesab edirəm ki, alimlərimizin qələmi qılınca çevrilməlidir və çevrilib. Qərbi Azərbaycanda Azərbaycana məxsus araşdırılan tarixi abidələrdə bir dənə olsun erməni izi yoxdur. Bu araşdırmaların hər biri Qərbi Azərbaycan İcması üçün beynəlxalq arenada kifayət qədər əhəmiyyətli olacaq. Ermənilər İrəvan xanlığına aid məscidləri, mədrəsələri, karvansaralar və bir çox tarixi abidələri hiyləgərcəsinə hələ sovet dövründə məhv etməyə başladılar. Ona görə də tədqiqatlarımızı dərinləşdirməklə daha çox məsələni gün üzünə çıxara bilərik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Nazir müavini: “Ermənistanda islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”

"Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib". Bunu...

Bağla