“İslamafobiya böyük ictimai xəstəlikdir və buna qarşı mübarizə aparmalıyıq”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Antalyada müftilərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, mübarizə qaçılmazdır.
N.Kurtulmuş bildirib ki, bu gün əsas qlobal problemlərdən biri də daxili toqquşmalardır: “Bu, Üçüncü Dünya müharibəsinin başlanması deməkdir. Dünya çox böyük xaos içindədir”.
TBMM sədri vurğulayıb ki, davam edən toqquşmalara son qoyulması üçün yeni siyasi sistemə ehtiyac var: “Dünyada yeni sistemin qurulması qaçılmazdır. Bu gün BMT nə Ukrayna, nə də Yaxın Şərqdəki müharibəni dayandıra bilər”.