Türkiyə və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb

0

Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

“Report”un Türkiyə bürosunun məlumatına görə, bu barədə sənəd Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısına dair iclasda imzalanıb.

Müqavilə mədəni miras, kino, teatr, incəsənət, muzey, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə əlaqədardır.

Müştərək komissiyanın iclasında, həmçinin, maddi-mənəvi irsin mühafizə edilməsi, bərpası sahəsində, eləcə də kino, teatr, incəsənət, muzey, kitab sənayesi, mədəniyyət və yaradıcılıq sahələrində ortaq əməkdaşlığın təbliği və dəstəklənməsi məqsədi ilə təcrübə mübadiləsi, texniki və mütəxəssis dəstəyini təmin etmək məsələləri müzakirə olunub.

Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.

Eyni zamanda, “Şuşa-2023 – Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq.

Noyabrın 14-də isə Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NUMAN KURTULMUŞ: “İSLAMAFOBİYA BÖYÜK İCTİMAİ XƏSTƏLİKDİR”

“İslamafobiya böyük ictimai xəstəlikdir və buna qarşı mübarizə aparmalıyıq". Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Antalyada müftilərlə...

Bağla