MİLLİ MƏCLİS AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDAKI SAZİŞİ RATİFİKASİYA EDƏCƏK

0

Milli Məclis Azərbaycanla Türkiyə arasındakı sazişi ratifikasiya edəcək.

Bununla əlaqədar qanunverici orqanın bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.

Toplantının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi əlavə olunub.

Bununla da parlamentin iclasının gündəliyindəki məsələlərin sayı 15-ə çatıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Cahit Bağçı: “Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”

"Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır". Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Ulu Öndər Heydər Əliyev ilinə həsr olunmuş...

Bağla