TÜRKİYƏLİ NAZİRLƏR AZƏRBAYCANA SƏFƏRƏ GƏLİR

0

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycana səfərə gəlir.

Özhaseki noyabrın 15-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Türk Dünyasının II Meteorologiya Forumunda iştirak edəcək.

Türkiyəli nazir tədbirdən əvvəl Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

A.Uraloğlu isə noyabrın 16-da Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa qatılacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİLLİ MƏCLİS AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDAKI SAZİŞİ RATİFİKASİYA EDƏCƏK

Milli Məclis Azərbaycanla Türkiyə arasındakı sazişi ratifikasiya edəcək. Bununla əlaqədar qanunverici orqanın bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib. Toplantının...

Bağla