Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək

0

Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bildirib.

“Türkiyə ilə aramızda mədəni əlaqələrimizin, ümumiyyətlə mədəniyyətimizin, tariximizin, Azərbaycan və türk dilinin inkişaf etdirilməsi üçün çoxşaxəli layihələr həyata keçiriləcək”, – nazir deyib.

Ankarada Azərbaycan və Türkiyə hökumətlərinin mədəniyyət sahəsində əməkdaşlığına dair sazişi dəyərləndirən nazir bildirib ki, sənədin təməl prinsipləri həm də “Şuşa Bəyannaməsi”nə əsaslanıb: “Eyni zamanda mədəniyyətin bütün sferaları üzrə qarşılıqlı işçi qrupları səviyyəsində yeni layihələrin icra olunması planlaşdırılıb”.

O, həmçinin qeyd edib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə faydalı görüşlər keçirib.

Nazir Ankara şəhərində həm “Şuşa Mədəniyyət Günləri” çərçivəsində, həm də Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərdən danışıb: “İlk görüşümüz Türkiyənin mədəniyyət və turizm naziri ilə oldu. İkitərəfli görüş çərçivəsində Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə etdik, bu, çox önəmlidir. Eyni zamanda burada “Şuşa Mədəniyyət Günlərinin açılışı” keçirilib. Belə faydalı bundan sonra da reallaşdıracağıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib

“Ankarada Şuşa mədəniyyət günləri” çərçivəsində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ankara valisi Vasip Şahinlə görüşüb. Bu barədə...

Bağla