Türkiyənin vitse-prezidenti: “Azərbaycanla bir olmuşuq, eyni yolda da davam edəcəyik”

0

“Hər zaman Azərbaycanla bir olmuşuq, bundan sonra da eyni yolda davam edəcəyik”.

Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Qarabağ uzun illər davam edən işğaldan sonra azad edildi. Azərbaycan indi Qarabağın hər guşəsində öz bayrağını sancıb. Buna görə də onu təbrik edirik. Biz Türkiyə Cümhuriyyəti olaraq hər zaman Azərbaycanla bir olmuşuq. Bundan sonra da eyni yolda davam edəcəyik”, – Cevdet Yılmaz vurğulayıb.

O, qeyd edib ki, Türkiyə beynəlxalq hüquqa, əxlaqa, vicdana, mərhəmətə uyğun hərəkət edəcək: “Başqalarının hüquqlarımızı və qanunlarımızı heç bir şəkildə pozmasına icazə verməyəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək

Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək. Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət...

Bağla