“Qərbdə müsəlmanları bir-birinə düşmən ediblər”.
Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda baş tutan konfransda deyib.
O qeyd edib ki, Azərbaycanda bütün dini icma nümayəndələrinə hörmətlə yanaşılır: “Biz təkcə müsəlmanları deyil, yəhudiləri, xristianları, hətta Allaha inanmayan şəxsləri də qardaşımız bilirik. Amma Qərbdə müsəlmanları bir-birinə qırdırıblar, düşmən ediblər”.