MM Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı sazişi ratifikasiya edib

0

Milli Məclis Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı sazişi ratifikasiya edib

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib.

Sənəd parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sənəd 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİNİN MÜAVİNİ: “QƏRBDƏ MÜSƏLMANLARI BİR-BİRİNƏ DÜŞMƏN EDİBLƏR”

"Qərbdə müsəlmanları bir-birinə düşmən ediblər". Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin...

Bağla