Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

0

Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təliminə qatılacaq.

Azərbaycan hərbçiləri artıq qardaş ölkədədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜ QEYD EDİLİR

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə...

Bağla