AYASOFİYA MƏSCİDİ BARƏDƏ YENİ QƏRAR GƏLƏN İLDƏN QÜVVƏYƏ MİNƏCƏK

0

Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Ayasofiya məscidinə giriş iki qapıdan həyata keçiriləcək.

Yerli mətbuatın xəbərinə görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

UNESCO-nun tövsiyyəsi ilə nazirlik məscidə ibadət üçün gedən Türkiyə vətəndaşları ilə ekskursiyaya gedən əcnəbilərin iki ayrı qapıdan girmələrini təmin edəcək.

Mehmet Nuri Ersoy bildirib ki, nazirliyin bu qərarı 2024-cü il yanvar ayının 15-də qüvvəyə minəcək. Nazir hesab edir ki, bu qərar məscidin qarşısında əmələ gələn uzn növbə problemini də aradan qaldıracaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ MN: “AZƏRBAYCANLA BİRLİKDƏ OLMAĞA DAVAM EDƏCƏYİK”

“Azərbaycanla birlikdə olmağa davam edəcəyik”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 noyabr- Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı “X”...

Bağla