“Bu gün dünyada müxtəlif sahələrdə ciddi problemlərlə üzləşirik”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş MIKTA (Meksika, İndoneziya, Koreya, Türkiyə, Avstraliya) ölkələrinin parlament sədrlərinin iclasında çıxışı zamanı deyib.
O, qeyd edib ki, Qərbin islamafobiya tendensiyası qlobal xaosu daha da dərinləşdirir: “Bu gün dünyada silahlanma sürətlə davam edir. Beynəlxalq qurumlar bu problemləri həll edə bilmir. Ona görə çətinliklər artır. Deməli, yeni dünya nizamına ehtiyac var”.
Kurtulmuş söyləyib ki, hazırda dünyada baş verən proseslər, o cümlədən Yaxın Şərqdəki müharibə Üçüncü dünya müharibəsini xatırladır.