“Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgədə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər:
“Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata sövq edənlər, qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular”.