TÜRKİYƏDƏ SABİQ DİYANET İŞLƏRİ BAŞQANI VƏFAT EDİB

0

Türkiyənin sabiq Diyanet işləri başqanın, tanınmış İslam alimi, İslami Elmlər Araşdırma və Yayma (İSİLAY) vəqfi direktorlar şurasının üzvü Lütfü Doğan vəfat edib.

Bu barədə İSİLAY vəqfi məlumat yayıb.  

Mərhum Lütfü Doğan 1930-cu ildə Gümüşhane vilayetinin Kelkit rayonunda dünyaya gəlib. Müxtəlif illərdə rayon müftisi, vilayət müftisi olan Lütfü Doğan 1968 – 72-ci illər arasında Türkiyə Diyanet işləri başqanı olub.

Bir müddət siyasətlə də məşğul olan Doğan, 1991-ci ildə keçirilən parlament seçkisində millət vəkili seçilib.

Dini fəaliyyətini hər zaman davam etdirən Lütfü Doğan, bəi islami əsərlərin də müəllifidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir”

"Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov...

Bağla