ŞEYXÜLİSLAM QAZAXISTANIN MƏDƏNİYYƏT VƏ İNFORMASİYA NAZİRİ İLƏ GÖRÜŞÜB

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aidə Balayeva ilə görüşüb.

Görüşdə şeyxülislam A.Paşazadə Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edib, həmçinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb.

Əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanların açıldığı bir dövrdə ortaq dini-mədəni dəyərlərin, türk-İslam irsinin, tarixi, milli ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi yönündə səylər artırılır.

Nazir Aida Balayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanlar mövcuddur. Xanım nazir bu il Qazaxıstanın Azərbaycanda Mədəniyyət günlərinin keçirildiyini, gələn il Azərbaycanın Qazaxıstanda Mədəniyyət günlərinin keçiriləcəyindən bəhs edib.

Dövlət rəhbərlərimizin qarşılıqlı səfərlərinin qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına böyük təkan verdiyini vurğulayan Şeyxülislam A. Paşazadə, öz növbəsində,  Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin üzvü olaraq 20 illik tarixə malik Astana qurultaylarında mütəmadi iştirakından danışıb, üzvü olduğu TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısının gələn il Qazaxıstanda keçiriləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Qəbulda Milli Məclisin Vitse-spikeri F. İbrahimli, komitə sədrləri və deputatlar, AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞANIN MÜAVİNİ: “BİZ HƏR ZAMAN VƏ HƏR YERDƏ AZƏRBAYCANIN YANINDAYIQ”

“Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik”. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK...

Bağla