Fransalı tarixçi: “Müsəlman qətllərinin arxasında həmişə ermənilər dayanıb”

0

“Aparılan tədqiqatlar göstərir ki, müsəlman qətllərinin arxasında həmişə ermənilər dayanıb”.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin müəllimi, fransalı tarixçi, tədqiqatçı Maksim Quin Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, 1919-cu illərdə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə bəlkə də ən qanlısı olub: “Belə ki, azərbaycanlılar soyqırımına məruz qaldıqları əksər ərazilərə bir daha qayıtmayıblar”.

Fransalı tarixçi bildirib ki, Azərbaycan ərazilərinin dağıdılması təcrid olunmuş qaydada baş verməyib: “Yəni bu, bilavasitə kütləvi şəkildə həyata keçirilən bir proses idi. Həmin etnik təmizləmə Şərqi Anadoluda da öz əksini tapıb. Ermənilər azərbaycanlılarla yanaşı kürtlər və iranlıları qətlə yetiriblər. Aparılan tədqiqatlar göstərir ki, tarixən müsəlman qətllərinin arxasında ermənilər dayanıb. Azərbaycanlılar Ermənistanın ərazi ambisiyalarına bağlı olaraq soyqırımına məruz qoyulur, onların mülkləri ələ keçirilirdi”.

M.Quin vurğulayıb ki, Daşnaksütyunun əsas liderlərindən olan Minasyan şəxsən qətl və deportasiyaların həyata keçirilməsində iştirak edib: “O çox irqçi biri idi. Sonradan onun oğlu atası barədə yazdığı kitabda bildirib ki, Ermənistanda ermənilərdən çox azərbaycanlı vardı. Ona görə də bir onları qırmalı və deportasiya etməli idik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞEYXÜLİSLAM QAZAXISTANIN MƏDƏNİYYƏT VƏ İNFORMASİYA NAZİRİ İLƏ GÖRÜŞÜB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aidə Balayeva ilə görüşüb....

Bağla