Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib.
Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib.
Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir.
Qeyd edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq.