“İKİNCİ QIZIL ALMA” AZƏRBAYCAN SƏMASINDA UÇACAQ”

0

İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Cahit Bağçı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yol mühəndəsliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Bizdə Bayraktar var. O, bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə “Qızıl alma” var. “Qızıl alma”nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə “Şuşa Bəyannaməsi” əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”.

Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEVDET YILMAZ: “İSLAM DÜNYASININ BU GÜN HƏMRƏYLİYƏ EHTİYACI VAR”

“İslam dünyasının bu gün daha çox həmrəyliyə ehtiyacı var”. Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat və ticarət...

Bağla