Türk dünyasının Azərbaycanda həyata keçirəcəyi layihələr təkcə neft və qaz deyil, həm də qeyri-neft sektorunun inkişafına töhfə verəcək.
Bunu “Türkiyə texnologiya bazarı ilə tanışlıq” adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfirin sözlərinə görə, bu gün Azərbaycanda 19 Türkiyə şirkətinin texnologiya sahəsində təqdimatı, ötən il Azərbaycanda açılmış Bilişim Vadisinin növbəti mərkəzinin açılması, həmçinin ötən həftə baş tutmuş “İnmerge İnnovasiya Sammiti” Azərbaycan və Türkiyənin texnologiya sektorunda əməkdaşlığın daha da genişləndirilməsi baxımından əvəzsizdir.
Bağçı bildirib ki, Türkiyə ilə Azərbaycan neft və qaz sektoru ilə yanaşı texnologiyalar və İKT sektorunda da əməkdaşlıq edəcək: “Bu əməkdaşlıq hər iki ölkə üçün çox faydalı olacaq. Azərbaycanın son illərdə İKT sektorunda ekosistemə verdiyi töhfələr bizi sevindirir”